...

Müdafiə Nazirliyi KİV-də erməni silahlıların Naxçıvan MR-ə hücum etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2014 17:49 (UTC +04:00)
Müdafiə Nazirliyi KİV-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirdi.
Müdafiə Nazirliyi KİV-də erməni silahlıların Naxçıvan MR-ə hücum etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirdi

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Müdafiə Nazirliyi KİV-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirdi.

Trend xəbər verir ki, nazirliyin məlumatında deyilir: "Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti