...

Sabina Freyzer: Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin irəliləməsi üçün QHT-lər açar rolunu oynaya bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2014 16:06 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin irəliləməsi üçün QHT-lər açar rolunu oynaya bilər.
Sabina Freyzer: Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin irəliləməsi üçün QHT-lər açar rolunu oynaya bilər

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin irəliləməsi üçün QHT-lər açar rolunu oynaya bilər.

Trend xəbər verir ki, bunu Atlantik Şuranın Avrasiya Mərkəzinin (Atlantic Council) baş elmi əməkdaşı Sabina Freyzer Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında çıxışı zamanı deyib.

S.Freyzerin fikrincə, Krım hadisələri və Ukraynadakı vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini aktuallaşdırıb. Lakin o, hesab edir ki, Azərbaycanla Ermənistan arasında inam mühiti formalaşmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil.

Bununla əlaqədar o, Azərbaycan və Ermənistan vətəndaşlarının daha fəal görüşlərinin təşkil edilməsini təklif edib: "Vətəndaş cəmiyyətinin fəalları, QHT liderləro və ziyalılar danışıqlar prosesinin texniki müzakirələrinəcəlb edilməlidir. Bütün bular iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə kömək edəcək.

"Xalq diplomatiyası" üçün müvafiq baza artıq formalaşdırılıb".

O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana mənfi təsirini də qeyd edib: "Azərbaycanın ərazilərinin bir hissəsi artıq 20 ildən artıqdır ki, işğal altındadır, 600 min nəfərdən 1 milyonadək insan qaçqın və məcburi köçkün şəkildə qalmaqda davam edirlər".

S.Freyzer əlavə edib ki, Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra erməni tərəfi xüsusilə də Dağlıq Qarabağla dəhliz yaradılması məsələsində müəyyən beynəlxalq təhlükəsizlik zəmanəti almalıdır.

Xəbər lenti

Xəbər lenti