...

Ermənilər Tovuzun Əlibəyli kəndindəki mövqelərimizi intensiv atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2014 09:31
Ermənilər ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi gecə saatlarında intensiv atəşə tutublar.
Ermənilər Tovuzun Əlibəyli kəndindəki mövqelərimizi intensiv atəşə tutublar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ermənilər ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi gecə saatlarında intensiv atəşə tutublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti