...

Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

Dünya xəbərləri Materials 2 Yanvar 2026 22:18 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Hadramaut vilayətinin Seyyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "AIC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanına məxsus təyyarələr hava limanına ən azı üç hava hücumu həyata keçirib. Hücumlar şəhərdə güclü partlayışlara səbəb olub.

Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Aqel "Sky News Arabia" telekanalına hava limanına endirilən zərbələri təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti