...

Almaniyalı deputat: "Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 15:17 (UTC +04:00)
Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində (08.08.2014) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.
Almaniyalı deputat: "Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir"

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın "Hauptstadt İNSEDER" nəşrində (08.08.2014) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, artıq bir neçə gündür Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur: "İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir. Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti