Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir İlkin İzzət/
Dağlıq Qarabağ problemi həlli yubanan münaqişələrdən biridir. Bunu cümə günü Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İtaliyanın AGI informasiya agentliyinin baş meneceri Gianni di Ciovanni bildirib.
Di Covanni yaxın bir neçə il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağına ümidini idafdə edib.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələri Dağlıq Qarabağ münaqişəsinin reallıqları bərədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.