...

Azərbaycan erməni diversiya qrupunun üzvünün nəşini Ermənistana təhvil verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2014 14:48 (UTC +04:00)
Azərbaycanın erməni diversiya qrupunun üzvünün nəşini Ermənistana verib.
Azərbaycan erməni diversiya qrupunun üzvünün nəşini Ermənistana təhvil verib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan erməni diversiya qrupunun üzvünün nəşini Ermənistana təhvil verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanmış və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölmüş Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarmışdır. Proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutmuşdur.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti