...

Cəbhədə erməni təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2014 09:45 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.
Cəbhədə erməni təxribatı davam edir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti