...

Erməni silahı susmaq bilmir: Atəşkəs 14 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2014 09:28 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Erməni silahı susmaq bilmir: Atəşkəs 14 dəfə pozulub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti