...

Müdafiə Nazirliyi: Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2014 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Düşmən helikopterini məhv edən hərbi qulluqçumuz mükafatlandırılıb.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti