...

Bayram Səfərov: "Ermənistan rəhbərliyi öz cinayətlərini ört-basdır etmək üçün təxribatlara əl atır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 17:35 (UTC +04:00)
“Ermənistan hərbi helikopterinin Azərbaycan ərazisində nə işi var idi axı? Azərbaycan tam haqlı olaraq həmin helikopteri məhv edib. Gəlməsinlər, helikopterləri də vurulmasın. Gələcəkdə də belə hallar olsa, düşmən layiqli cavabını alacaq”.
Bayram Səfərov: "Ermənistan rəhbərliyi öz cinayətlərini ört-basdır etmək üçün təxribatlara əl atır"

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan hərbi helikopterinin Azərbaycan ərazisində nə işi var idi axı? Azərbaycan tam haqlı olaraq həmin helikopteri məhv edib. Gəlməsinlər, helikopterləri də vurulmasın. Gələcəkdə də belə hallar olsa, düşmən layiqli cavabını alacaq". Bu barədə Trend-ə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

O, qeyd edib ki, Ermənistan anlamalıdır ki, Azərbaycanın səbri tükənməz deyil: "Nəinki ermənilər, bütün dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan dövlətinin razılığı olmadan Azərbaycan sərhədlərini pozan hər bir kəs layiqli cəzasını alacaq. Azərbaycanın hüquqi var ki, öz sərhədlərin qorusun".

Ermənistanın vurulan helikopterin Dağlıq Qarabağdakı işğalçı rejimə aid olması iddialarına münasibət bildirən B.Səfərov bunun cəfəngiyyat olduğunu deyib: "İşğalçı rejimin hansı imkanı var ki, helikopter alsın? Dilənə-dilənə helikopter aldılar?"

İcma rəhbərinin sözlərinə görə, Ermənistanın hazırkı cinayətkar rəhbərliyi belə təxribatlar törədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar uzansın, vaxt keçsin: "Çünki yaxşı bilirlər ki, onları pis aqibət gözləyir, tribunal gözləyir, öz millətlərinə verdikləri əzab-əziyyətə görə mühakimə olunacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti