...

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlərin keçirilməsi regionda gərginliyin artırılmasına xidmət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2015 14:07 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlərin keçirilməsi regionda gərginliyin artırılmasına xidmət edir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Səba Ağayeva/

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən hərbi təlimlərlə əlaqədar bildirib:

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir: "May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin keçirməyə hazırlaşdığı qanunsuz "parlament seçkiləri" də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.

ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.

İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti