...

NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2015 17:46 (UTC +04:00)
Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq.
NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Elçin Mehdiyev/

Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.

Sessiyanın komitə iclaslarında Avro-atlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qoyulan sanksiyalar, Terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və gələcək inkişaf perspektivləri, Dünya üzrə NATO-nun tərəfdaşları, İqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaq.

Sessiya çərçivəsində keçiriləcək Siyasi komitənin iclasında "Rusiya və avro-atlantik təhlükəsizlik" mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti