...

Bayram Səfərov: İkili siyasət yürüdən dövlətlərin Azərbaycandan istəkləri həyata keçməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2015 13:15 (UTC +04:00)
İkili siyasət yürüdən dövlətlər və onların rəhbərləri hələ də mövcuddur. Onlar istəyirlər ki, həmişə ölkəmizdən nə isə əldə etsinlər. Ancaq onların istəkləri həyata keçməyəcək.
Bayram Səfərov: İkili siyasət yürüdən dövlətlərin Azərbaycandan istəkləri həyata keçməyəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət/

İkili siyasət yürüdən dövlətlər və onların rəhbərləri hələ də mövcuddur. Onlar istəyirlər ki, həmişə ölkəmizdən nə isə əldə etsinlər. Ancaq onların istəkləri həyata keçməyəcək.

Trend xəbər verir verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu gün jurnalistlərə açıqlamasında söyləyib.

Azərbaycanın haqq səsinin Qərb dövlətləri tərəfindən eşidilmədiyini deyən Bayram Səfərov qeyd edib ki, əvvəlcədən hazırlanan erməni yalanları qonşu ölkələrin və başqa millətlərin mətbuat orqanlarında həqiqət kimi göstərilir: "Ancaq Azərbaycan dövləti tərəfindən son illər aparılan işlər, çəkilən filmlər, çap olunan kitablar, dünya ictimaiyyətinə çatdırılan həqiqətlər, ölkədə aparılan quruculuq işləri, Azərbaycanda keçirilən bütün tədbirlər dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılmasında böyük rol oynayıb. Artıq Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qəbul olunur. Biz istəyirik ki, Azərbaycan həqiqətləri dünyaya olduğu kimi çatdırılsın və torpaqlarımız azad edilsin. Xalqımız öz ərazisini qorumaqda davam edir. Azərbaycan Prezidenti hər zaman mötəbər kürsülərdən xalqımızın haqq səsini və ölkəmizin ərazi bütövlüyünün sarsılmaz olduğunu diqqətə çatdırır. Onun dediyi kimi, Azərbaycanın torpaqlarından heç kimə pay olmayacaq. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndində və digər rayonlarımızda dalğalanacaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti