...

Azərbaycan Ordusu daha bir şəhid verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2015 11:21 (UTC +04:00)

Bakı. Trend:

Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti