...

MN: Düşmən təxribatının qarşısı alınıb - Ermənistan silahlı qüvvələri 7 nəfər itki verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2016 09:26 (UTC +04:00)
Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.
MN: Düşmən təxribatının qarşısı alınıb - Ermənistan silahlı qüvvələri 7 nəfər itki verib

Bakı. Trend:

Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti