...

Daha bir universitetdən petisiya layihəsinə dəstək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2016 13:26 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri ilə görüşüb.
Daha bir universitetdən petisiya layihəsinə dəstək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri ilə görüşüb.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Universitetin prorektoru İsa Xəlilov ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, torpaqlarımızı işğal etmələri haqqında danışıb və gəncləri petisiyaya qoşulmağa çağırıb.

O qeyd edib ki, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hamı fəal olmalıdır.

İ.Xəlilov bildirib ki, Azərbaycan Texniki Universitetinin tələbələrinin petisiyada aktiv iştirak etməsi üçün Universitet rəhbərliyi xüsusi fəaliyyət proqramı hazırlayıb.

Tədbirdə çıxış edən AVCİYA-nın nümayəndələri Məhərrəm Zülfüqarlı petisiyanın mahiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb.

O qeyd edib ki, Obama Administrasiyasına "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya ilə müraciətdə AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyi vurğulanıb: "Bunları nəzərə alaraq Administrasiya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırılıb".

Daha sonra tədbirdə petisiyaya qoşulmaq qaydaları haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti