...

ANAMA: Ağdamda 2 ədəd PMN minası partlayış yolu ilə məhv edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2016 22:54 (UTC +04:00)
Aprelin 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
ANAMA: Ağdamda 2 ədəd PMN minası partlayış yolu ilə məhv edilib (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

Qapanlı kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 122 mm-lik partlamamış top mərmisinin partladıcısı aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 6 000 kv.m. ərazi yoxlanılıb.

Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 14 000 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 5 000 kv.m. ərazi yoxlanılmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 5 ev və həyətyanı sahə, 11 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat aşkar edilmiş və 25 000 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmiş və nəticə etibarı ilə 920 kv.m ərazi yoxlanılıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 7 partlayış yeri, və 920 kv.m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Alıxanlı kəndi - 2 ev və həyətyanı sahəyə, Çaxır zavodu ərazisində 2 partlayış məntəqəsinə və 4 bələdiyyə torpağı ərazisinə baxış keçirildi, 8 partlamış top mərmisinin qəlpələri aşkar edildi. Nəticə etibarı ilə 2 200 kv.m ərazi yoxlanılıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 8 partlayış yeri və 2 200 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi ərazisindən keçən Qar-Qar çayı ilə axıb gələn 2 ədəd PMN minası partlayış yolu ilə məhv edildi.

Cəmi: 2 ədəd mina partladılma əməliyyatı nəticəsində zərərsizləşdirildi.

Samux rayonu

Kolayır kəndi - 160 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik patron aşkar edildi. Cəmi: 3 ədəd OFAB-50 aviabomba, 618 ədəd 12.7 mm-lik kiçik çaplı mərmilərdir.

Cəmi: 3 ədəd OFAB-50 aviabomba, 778 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik kiçik çaplı mərmilər. Ümumiyyətlə, 793 ədəd partlamamış hərbi sursat.

24 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 7 ev, 26 partlayış yeri yoxlanılmış, 178 ədəd partlamamış hərbi sursat və 2 ədəd mina aşkar edilmiş və 28 120 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-24 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 334 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, 4 əkin sahəsi və 1 ədəd çaxır zavodu ərazisinə baxış keçirilmiş və 941 ədəd partlamamış hərbi sursat və 8 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti