...

İsrailli ekspert: Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması cəhdləri Ermənistanın növbəti təxribatıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2016 12:06 (UTC +04:00)
Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması cəhdləri Ermənistanın növbəti təxribatıdır
İsrailli ekspert: Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması cəhdləri Ermənistanın növbəti təxribatıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması cəhdləri Ermənistanın növbəti təxribatıdır. Bunu Trend-ə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib.

Onun sözlərinə görə "Dağlıq Qarabağ Respublikası" Ermənistanın yaratdığı separatçı terror oyuncaq qurumdur.

A.Qut qeyd edib ki indiki vəziyyətdə Moskva Ermənistanın özünün qərar verməsinə imkan verməyəcək: "Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanısa, özü münaqişəni təhrik edəcək. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olacaq və indiki Serj Sarkisyan rejiminin terror mahiyyətini göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti