...

Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2016 15:08 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvada patriarx Kirillə görüşüb.
Şeyxülislam: Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün yaradır

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada patriarx Kirillə görüşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A.Paşazadə Dağlıq Qarabağda sülh səylərinə görə Rus pravoslav kilsəsinə minnətdarlığını bildirib.

QMİ sədri qeyd edib ki, Qarabağdakı vəziyyət hamı üçün - bütün müsəlman və xristianlar üçün yaradır:

"Biz sizin bu münaqişənin dini səviyyəyə keçməməsi üçün səylərinizi yüksək qiymətləndiririk. Siz bu münaqişənin dinc yolla həlli üçün hər cür səy göstərməyə çalışırsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti