...

Düşmən cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi yenə pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2016 09:52 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Düşmən cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi yenə pozdu

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Çıraqlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti