...

Misir mətbuatında səfirin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 16:03 (UTC +04:00)

Bakı. Trend:

Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik kütləvi informasiya vasitələrində (“Yaxın Şərq Xəbərlər Agentliyi”, “Asiaelyoum Xəbərlər Agentliyi”, “Tahya Masr”, Əl-Liva Əl-İslami” qəzetlərində, “Yaum7”, “Shorouk”, “Əxbar Əl-Yaum”, “El-Beled” və sair internet qəzetlərində) səfir Tural Rzayevin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib.

Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Məqalədə səfir T.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişə tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş ən vəhşi cinayətin 1992-ci ilin 26 fevral tarixində məhz Xocalı şəhərində baş verdiyini, şəhərin viran edildiyini, 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini bildirərək, baş verən hadisələrə görə Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Müəllif həmçinin, məqaləsində dünya mətbuatının Xocalı soyqırım haqqında şərhlərinə toxunaraq, BMT TŞ-nın qəbul etdiyi məlum qətnamələrin indiyədək Ermənistan tərəfindən yerinə yetirilməməsinin Ermənistanın xoş niyyətdə olmadığına əyani sübut olduğunu diqqətə çatdırıb.

Qafqazda sülhün təmin olunmasının əsas şərtinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə mümkün olacağını vurğulayan səfir Ermənistanı bir daha beynəlxalq hüquq və norma prinsiplərinə riayət etməsini tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti