Bakı. Anaxanım Hidayətova - Trend:
İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Səfir ATƏT Minsk qrupunun səylərini də dəstəklədiklərini bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, çünki münaqişənin hərbi həll yolu itkilərə səbəb olacaq.