...

Xocalı soyqırımının tanınmasına dair petisiyanı DƏSTƏKLƏYƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2017 16:56 (UTC +04:00)
Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın tanınması üçün 2017-ci il martın əvvəlindən petisiyaya başlayıb.
Xocalı soyqırımının tanınmasına dair petisiyanı DƏSTƏKLƏYƏK

Bakı. Trend:

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın tanınması üçün 2017-ci il martın əvvəlindən petisiyaya başlayıb.

Trend-in məlumatına görə, petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiya Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

PETİSİYANI BURADAN İMZALAYIN:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti