...

İsrail səfiri Ermənistanın Azərbaycana qarşı son təxribatından dəhşətə gəldiyini bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 14:01 (UTC +04:00)
İsrail səfiri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı son təxribatından dəhşətə gəldiyini bildirib.
İsrail səfiri Ermənistanın Azərbaycana qarşı son təxribatından dəhşətə gəldiyini bildirib

Bakı. Trend:

İsrailin Azərbaycandakı səfiri Dan Stav Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı son təxribatından dəhşətə gəldiyini bildirib.

Trend-ə danışan səfir ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəldiyini və dərindən kədərləndiyini bildirib:

"Ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığımı bildirirəm".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti