...

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumunu kəskin şəkildə pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 18:14 (UTC +04:00)
Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı təxribat xarakterli fəaliyyətini kəskin şəkildə pisləyir
Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumunu kəskin şəkildə pisləyir

Bakı. Ləman Zeynalova - Trend:

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı təxribat xarakterli fəaliyyətini kəskin şəkildə pisləyir.

Trend-in məlumatına görə, assosiasiyanın prezidenti Jan-Fransua Mansel tərəfindən imzalanan bəyanatda dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan qoşunlarının hücumları beynəlxalq hüququn, insan hüquqlarının, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının, Uşaq Hüquqları Haqqında Konvensiya və İnsan Hüquqlarının Müdafiəsi Konvensiyasının ciddi pozulması deməkdir.

Azərbaycanın Dostları Assosiasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən təəssüfləndiyini ifadə edir.

Bəyanatda deyilir: "Dağlıq Qarabağ münaqişəsində status-kvo yalnız faciəvi konfrantasiyaya gətirib çıxarır. Ümid edirik ki, beynəlxalq ictimaiyyət yaxın günlərdə Ermənistan təxribatına reaksiya verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb edəcək. Ermənistan anlamalıdır ki, beynəlxalq ictimaiyyətə özünü bu münaqişənin qurbanı kimi təqdim etməklə, Azərbaycan torpaqlarının qanunsuz işğalını daim davam etdirə bilməz".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti