...

Elmar Məmmədyarov: Fransa bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2018 14:32 (UTC +04:00)
Fransa müstəqil Azərbaycanın tarixində mühüm rol oynayır və hazırda iki ölkə arasında əməkdaşlıq bir neçə prioritet sahələr üzrə fəal inkişaf edir.
Elmar Məmmədyarov: Fransa bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək (FOTO)

Bakı. Əli Mustafayev - Trend:

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün köməklik göstərməkdə davam edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov fransalı həmkarı ilə Bakıda görüş zamanı bildirib: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəlincə, biz münaqişənin sülh yolu ilə həlli strategiyasını dəstəkləyirik və mən əminəm ki, Fransa da ATƏT-in Minsk Qrupunun həmsədri kimi bundan sonra bu münaqişənin həlli üçün köməkliyini göstərməkdə davam edəcək".

Nazirin sözlərinə görə, Fransa müstəqil Azərbaycanın tarixində mühüm rol oynayır və hazırda iki ölkə arasında əməkdaşlıq bir neçə prioritet sahələr üzrə fəal inkişaf edir: “Biz Fransanın Azərbaycanın iqtisadi, nəqliyyat, enerji layihələrində iştirakının səmərəliliyinə inanırıq. Bu, Fransa heyətinin 1997-ci ildən Azərbaycana ilk səfəridir və mən ümid edirəm ki, gələcəkdə bu səfərlər çoxalacaq”.

Tərəflər həmçinin Azərbaycan-Aİ əməkdaşlığı məsələlərini də müzakirə ediblər.

“Mən fransalı həmkarımı Azərbaycan və Aİ arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanması üzrə danışıqlara tövhə verməyi xahiş etdim”, - deyə E.Məmmədyarov bildirib.

Xarici işlər naziri həmçinin xatırladıb ki, mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron telefon danışığı keçiriblər və danışıq zamanı ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti