...

Azərbaycanlılar Fransanı təxribatçıya qarşı tədbirlər görməyə çağırır - PETİSİYA

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2018 19:00 (UTC +04:00)
Fransada bir müddət əvvəl “siyasi qaçqın” statusu Vidadiyə İsgəndərliyə qarşı tədbirlərin görülməsi çağırışı ilə petisiya hazırlanıb
Azərbaycanlılar Fransanı təxribatçıya qarşı tədbirlər görməyə çağırır - PETİSİYA

Bakı. Trend:

Fransada bir müddət əvvəl “siyasi qaçqın” statusu alan Vidadi İsgəndərliyə qarşı tədbirlərin görülməsi çağırışı ilə bağlı petisiya hazırlanıb.

Trend-in məlumatına görə, təxribatçı sosial şəbəkələrdə təhqir xarakterli videolar yerləşdirir və bu videolarda öz vətənini və xalqını alçaldır, Azərbaycan dövlətinin rəmz və atributlarını təhqir edir.

V.İsgəndərli öz videoçarxlarında ictimaiyyəti anti-konstitusion hərəkətlər törətməyə, zorakılıq və terrorçuluğa çağırışlar edir.

Petisiyada deyilir: “Biz inanmaq istəmirik ki, Fransa dövləti bu təxribatda maraqlıdır. Biz bu ölkəni Vidadi İsgəndərlinin terrorçuluğa və zorakılığa çağırışlarını diqqətə almağa və müvafiq tədbirlər görməyə çağırırıq”.

Trend oxucularını bu petisiyanı imzalamağa çağırırıq. Petisiyanı BU ÜNVANA keçməklə imzalamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti