...

Yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələbi ilə Brüsselə gəlməkdədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2019 15:29 (UTC +04:00)
Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.
Yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələbi ilə Brüsselə gəlməkdədir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mitinq yerli vaxtla saat 14:00-da başlayacaq. Xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlməkdədir.

Mitinq Bakı vaxtı ilə saat 17:00-19:00-da olacaq. Bu saatda hər kəs mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/pg/AzDiaspora/videos/?ref=page_internal) canlı olaraq izləyə bilər.

Mitinqlə bağlı xəbər və videoların sosial şəbəkə üzərindən daha çox paylaşılması xahiş olunur. Bu, həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti