...

Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı 17 minə yaxın müraciət daxil olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2020 11:33 (UTC +04:00)
Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı 17 minə yaxın müraciət daxil olub

Bakı. Elçin Mehdiyev - Trend:

Müdafiə Nazirliyinin elektron poçtuna könüllü hərbi xidmətə getməklə bağlı 17 minə yaxın müraciət daxil olub. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.

V.Dərgahlı bu dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib və qeyd edib ki, hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti