...

Səfir: Azərbaycan özünümüdafiə hüququna malikdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 16:00 (UTC +04:00)
Səfir: Azərbaycan özünümüdafiə hüququna malikdir

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan özünümüdafiə hüququna malikdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

O qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdarlıq edib, amma təəssüf ki, Ermənistanı dayandırmaq üçün heç bir tədbir görülməyib.

Səfir bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasından münaqişə ilə bağlı öz qətnamələrinin icrasını təmin etməsini gözləyir:

“BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərndən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələrin icrası bütün üzv dövlətlər tərəfindən dəstəklənməlidir”.

O əlavə edib ki, Azərbaycan bu problemin həllində maraqlıdır, çünki söhbət işğal olunmuş ərazilərimizdən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti