...

Deputat: Azərbaycanda mülki əhalini atəşə tutan Ermənistan layiqli cəzasını almalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 14:50 (UTC +04:00)
Deputat: Azərbaycanda mülki əhalini atəşə tutan Ermənistan layiqli cəzasını almalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mülki əhalini davamlı olaraq, atəşə tutan təcavüzkar Ermənistan layiqli cəzasını almalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, təcavüzkar Ermənistanın işğalçı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerondakı mülki obyektləri, evləri raket atəşinə tutaraq dağıtması, dinc əhalini öldürməsi müharibənin aparılması qaydalarına dair beynəlxalq sənədləri kobudcasına pozmasıdır:

"Ermənilərin bu hərəkətləri onların həyasızlığının təsdiqidir. Bu qanlı hərəkətləri ilə Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı ağır hərbi cinayət törədib. Gəncədə mülki əhalinin evləri dağılıb, ölənlər var. Mingəçevirdə Su Elektrik Stansiyası raket atəşinə məruz qalıb, Xızı və Abşerona raketlər atılıb".

M.Qasımlı əlavə edib ki, buna qədər və bundan sonra baş verənlər üçün bütün məsuliyyət təcavüzkar Ermənistan rəhbərliyinin üzərinə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti