...

Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub, 7-si yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 13:25 (UTC +04:00)
Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub, 7-si yaralanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 27-dən indiyə qədər ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində həlak olan 24 nəfərin 3-ü uşaqdır.

Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

G.Səlimzadə bildirib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır.

Onun sözlərinə görə, xəsarət alan 121 nəfərin isə 30-u qadın, 7 uşaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti