...

İsrailli ekspert: Ermənistan Azərbaycanın şəhərlərini atəşə tutaraq yerli əhalini qorxutmaq istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 13:08 (UTC +04:00)

Bakı. Ceyla Əliyeva - Trend:

Ermənistan qoşunlarının Azərbaycanın şəhərlərini atəşə tutması bir məqsəd daşıyır, yerli əhalini qorxutmaq və onları hökumətə müharibəni tezliklə qurtarması üçün təzyiqə vadar etmək.

Bunu Trend-ə israilli ekspert Mixail Finkel deyib.

Ekspert bildirib ki, bu, onların yeganə hədəfidir:

“Erməni qoşunlarının dinc sakinləri atəşə tutması Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn pozulması deməkdir. Təəssüf ki, biz Ermənistanın əməllərini pisləyən uca səsləri eşitmirik. Biz tamamilə başqa oyun görürük. Ya tamamilə susurlar və münaqişəni diqqətə almırlar, ya da hər iki tərəfi pisləyərək münaqişəni dayandırmağa çağırırlar”.

Ekspert əlavə edib ki, Fransanın Ermənistan tərəfini dəstəkləməsi bu ölkədə böyük erməni icmasının olması ilə izah edilir:

“Fransa prezidentinin çıxışlarında erməniyönümlü və anti-Azərbaycan təbliğat müşahidə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti