...

Aİ Şurası Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyəti müzakirə etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2020 19:00 (UTC +04:00)
Aİ Şurası Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyəti müzakirə etdi

Bakı. Trend:

Aİ Şurası 12 oktyabrda keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

"İclas zamanı 10 oktyabrda əldə edilən atəşkəsə riayət etmək üçün xüsusi yardım göstərmə üsulları müzakirə edilib. Atəşkəsə riayət edilməsinin vacibliyini xatırlatdıq. Bütün regional iştirakçılarının silahlı qarşıdurmanın dayandırılmasına və vəziyyətin deeslakasiysına töhfə verməli olduqları da vurğulanıb", - nümayəndə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti