...

ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2020 13:49 (UTC +04:00)
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)

Bakı. Trend:

Ermənistanın müxtəlif ağır artilleriya silahları ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir. Bununla əlaqədar, telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkətinə məxsus “BIRLink” brendi “Güc BİRLİKdədir” şüarı altında 11 oktyabrda Ermənistan silahlı güvvələrinin Gəncədə törətmiş raket atəşi nəticəsində zərər çəkən və xəsarət alan ailələrə dəstək olaraq 15-dən çox yaralanan uşaqlara oyuncaq, isti geyim, ayaqqabı, məktəb ləvazimatları və dərs vəsaitlərindən ibarət yardım payları çatdırdı.

ENGİNET şirkəti hazırda xalqımızın və bütün dünya azərbaycanlılarının ruh yüksəkliyi və birlik nümayiş etdirməsini yüksək qiymətləndirir və belə həmrəylik ab-havasının Milli Ordumuza dəstək olacağına inanır. Tezliklə Qələbə bizim olacaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti