...

Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu - “VICE News” jurnalisti (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2020 10:50 (UTC +04:00)
Məni ən çox heyrətləndirən Azərbaycan xalqının döyüşkən ruhu oldu  - “VICE News” jurnalisti (FOTO)

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyət Azərbaycan hökumətinə hərbi əməliyyatları dayandırmaq tələbi ilə bağlı ictimai təzyiqə gətirib çıxarmadı, bunun tam əksi oldu.

Trend-in məlumatına görə, bunu “VICE News” nəşrinin müxbiri, Ermənistanın Bərdə şəhərinə raket zərbəsini işıqlandırmış Hind Həsən öz “Instagram” səhifəsində yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması zamanı onu daha çox üzləşdiyi bütün əziyyətlərə baxmayaraq Azərbaycan xalqının döyüşkən ruhu heyrətləndirib:

“Müharibənin ən böyük qurbanlarının dinc sakinlər olduğunu görmək ürək ağrıdır, amma burada münaqişənin insani dəyəri cəmiyyətin hökumətə qarşı olmasına gətirib çıxarmadı, tam əksinə, Azərbaycan sakinləri deyir ki, 27 il ərzində diplomatik yolla münaqişənin həllini tapmaq cəhdləri nəticə verməyib və işğal nəticəsində öz evlərini tərk etmiş 700 mindən çox şəxs öz yurduna qayıtmalıdır”.

Jurnalist, həmçinin öz yazısına dörd fotoşəkil də əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti