...

Dağlıq Qarabağ haqqında doğruları deyən şəxslərə təhdidlər qəbuledilməzdir - İsrailli ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2020 20:56 (UTC +04:00)
Dağlıq Qarabağ haqqında doğruları deyən şəxslərə təhdidlər qəbuledilməzdir - İsrailli ekspert

Bakı. Klavdiya Romakayeva - Trend:

Dağlıq Qarabağda baş verənlər barədə açıq və doğru məlumat verən şəxslərə münasibətdə istənilən təhdid qəbuledilməzdir.

Bunu Trend-ə israilli ekspert Natəvan Rəşidova-Katsman deyib.

O bildirib ki, oktyabrın 30-da bir sıra informasiya agentliklərində Dağlıq Qarabağla bağlı obyektiv məqalələr dərc olunduqdan sonra gizli nömrədən zənglər olunur: “Zəng edən şəxs rusca çox kəskin və xoşagəlməz formada gələcəkdə onları nə gözləyəcəyi ilə təhdid edib”.

Ekspert hesab edir ki, ermənilərin bu addımları azərbaycanlıları və ya Dağlıq Qarabağda baş verən hadisələri doğru işıqlandıran hər kəsi qorxutmağa yönəlib: “Onlar öz təhdidləri ilə öz heyvani terrorçu mahiyyətini bir daha göstərir. Müasir dünyada bütün bunlar qəbuledilməzdir və cinayətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti