Azərbaycanan xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin MDB ölkələrinin başçıları Şurasının növbəti iclasında iştirakına hazırlıq çərçivəsində Kazandadır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyində məlumat verilib.
Nazir Kazana avqustun 25-də yola düşüb və avqustun 26-da keçiriləcək MDB sammitinə və Ermənistan prezidenti Robert Köçəryanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə birbaşa dialoqun növbəti raunduna hazırlıq işləri görəcək. Görüşün avqustun 27-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutacağı, həmçinin birinci mərhələdə Rusiya prezidenti Vladimir Putinin iştirakı gözlənilir.
Rusiya XİN-in Dağlıq Qarabağ üzrə işçi qrupunun ofisində Trend ə bildirilib ki, ATƏT-in Minsk qrupu həmsədrləri də Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların növbəti raunduna hazırlıq məqsədilə Kazandadırlar.