...

AB-nin komissarı ən yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsində irəliləyiş imkanı barədə bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2005 19:00 (UTC +04:00)

"Ən yaxın gələcəkdə biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində böyük irəliləyişin şahidi ola bilərik. Trend bildirir ki, bu barədə Avropa Birliyinin (AB) xarici münasibətlər Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferero-Valdner dekabrın 5-də ATƏT-in XİN başçıları Şurasının Lyublyanada keçirilən iclasında bəyan edib.

Qafqazda həllini tapmamış digər münaqişələrdən danışarkən AB komissarı ümid etdiyini bildirib ki, "Gürcüstanın sülh proqramı və İstambul öhdəliklərinin yerinə yetirilməsinə dair Rusiya-Gürcüstan razılaşması Cənubi Osetiya və Abxaziyada münaqişələrin nizama salınması işində irəliləyişi təmin edəcək". PanArmenian bildirir ki, o, həmçinin Avropa komissiyasının yaxın gələcəkdə Avropanın qonşuluq siyasəti çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycan ilə fəaliyyət Proqramı imzalamaq niyyətində olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti