...

Araz Əzimov: ATƏT-in hazırki sədrin səfəri tanışlıq məqsədi daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2006 19:31 (UTC +04:00)
Araz Əzimov: ATƏT-in hazırki sədrin səfəri tanışlıq məqsədi daşıyır

ATƏT-in hazırki sədri Dağlıq Qarabağ münaqişəni kənardan müşahidə edə bilməz. Trend xəbər verir, bu haqda xarici işlər nazirin müavini Araz Əzimov ATƏT-in hazırki sədri, Belçikanın xarici işlər naziri Karl de Quxtun yanvarın 25 Azərbaycana səfəri etdiyi barədə bildirmişdir.

Onun sözlərinə görə, ATƏT-in hazırki sədrləri hər il Azərbaycana səfər edirlər və Belçikanın xarici işlər naziri Karl de Quxtda həmçinin ölkəyə səfər edəcək. Bu görə də, A. Əzimov Karel Quxtun səfərindən böyük nəticələr gözləmir.

A. Əzimov qeyd etdi ki, "onun səfəri, ilk növbədə tanışlıq məqsədi daşıyır. O, ölkənin rəhbərliyi ilə görüşüb, onların rəyi ilə tanış olacaq və lazım qərərsə onlara siyasi dəstək göstərəcək".

O, bildirdi ki, Karl de Quxt ermənistan-azərbaycan münaqişəsinin həllinin tərəfdarıdır və ehtimal olunur ki, Azərbaycana səfəri zamanı, o, hər iki tərəfə dəstək etməyə hazır olduğu haqda bəyanatla çıxış edəcək.

O həmçini bildirdi ki, ATƏT-in sədri birbaşa münaqişələrin həll edilməsi ilə məşğul deyil və bu funksiyanı Minsk Qruppu yerinə yetirir. "Amma bu demək deyil ki, o vəziyyəti kənardan müşahidə etməlidir. Bizim fikrimiz ondan ibarətdir ki, o öz rəyini bildirməlidir, siyasi dəstək göstərməlidir", A. Əzimov vurğuladı.

Xəbər lenti

Xəbər lenti