...

Elmar Məmmədyarov: "Mən azərbaycanlı jurnalistin Dağlıq Qarabağa getməsində problem görmürəm"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2006 14:36 (UTC +04:00)

"Azərbaycan jurnalistinin Dağlıq Qarabağa səfəri o qədər də böyük zərər deyil və düşünürəm ki, belə səfərlər daha çox edilməlidr. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir, orada yaşayan erməni icmasını isə biz Azərbaycan vətəndaşı kimi qəbul etməliyik". Trend in xəbər verdiyi kimi, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın KİV nümayəndələrinin Dağlıq Qarabağa səfərini şərh edərkən bəyan edib.

"Mən bunda böyük problem görmürəm", - deyə o qeyd edib. Nazir hesab edir ki, belə səfərlərin sayı nə qədər çox olsa, Dağlıq Qarabağ haqqında düzgün məlumatlar da çox olacaq. E.Məmmədyarov belə səfərlərin Dağlıq Qarabağın "respublika" kimi tanınmasının demək olması ilə bağlı fikirlərlə razı deyil. Jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri rəsmi şəxslər deyil", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti