...

Venada ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtondakı məsləhətləşmələrinin yekunlarına dair bəyanatı açıqlanacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2006 19:24 (UTC +04:00)

Yaxın vaxtlarda Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatının mənzil qərargahı ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin Vaşinqtondakı məsləhətləşmələrinin yekunlarına dair bəyanat açıqlayacaq. Bu barədə Trend ə ABŞ Dövlət Departamentinin Avrasiyada münaqişələr üzrə xüsusi nümayəndəsi, ATƏT MQ-nin amerikalı həmsədri Stiven Mənnin ofisində bildirilib.

Burada bildirilib ki, martın 7-8-də Vaşinqtonda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk qrupunun həmsədrləri məsləhətləşmələr aparıb. Məsləhətləşmələr başa çatıb, amma vasitəçilər görüşün yekunları ilə bağlı bəyanat qəbul etməyib.

Məsləhətləşmələrdə S.Mənn ilə yanaşı Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik iştirak edib.

Xəbər lenti

Xəbər lenti