...

Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında monitorinq baş tutmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2006 12:44 (UTC +04:00)

Martın 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozduqlarına görə Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq baş tutmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyevin sözlərinə görə, monitorinq ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçiriləcəkdi. Təmas xəttindəki vəziyyəti Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen və Piter Ki, qarşı tərəfdə isə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Angey Kaspşik, onun səhra köməkçiləri Oleksandr Samarski və İmre Palatinus müşahidə etməli idi. Lakin Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən gələn atəş səsləri nəticəsində məlum olub ki, erməni hərbçiləri atəşkəsi pozublar. Bu səbəbdən də Angej Kaspşik monitorinqin keçirilməsini dayandırıb.

Xəbər lenti

Xəbər lenti