...

Ermənistan Silahlı qüvvələrinin bölmələri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2006 12:17 (UTC +04:00)

Aprelin 23-də Ermənistan Silahlı qüvvələrinin bölmələri yenidən atəşkəsi pozublar. Bu barədə "Trendə" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Aprelin 23-də saat 20-25-dən 20.30-dək ermənilər Qazax rayonunun Məzəmli kəndinin 0,8 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı qüvvələrinin üzbəüz mövqelərini, saat 22.30-dan 22.45-dək Ermənistanın Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı qüvvələrinin Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərini və Quşçu Ayrım kəndini, saat 23.25-dən 23.45-dək Noyemberyan rayonunun ərazisindəki Aznakar dağının şimal-şərqində yerləşən mövqelərindən Azəbaycan Silahlı qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşilə susdurulub. İtki yoxduur.

Xəbər lenti

Xəbər lenti