...

Viktor Mereşkin: "Kazaklar Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləyir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2006 17:06 (UTC +04:00)

Ukrayna, Ural, Moskva, Don kazakları Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Trend ə Azərbaycandakı Kazak İcmasının rəhbəri, general-mayor Viktor Mereşkin bildirib.

V.Mereşkin onu da qeyd edib ki, Ukrayna, Ural, Moskva və Don kazakları Azərbaycanda yaşayan kazaklarla birgə həmrəylik nümayiş etdirib Dağlıq Qarabağ problemini beynəlxalq qanunlar çərçivəsində həllini istəyir: "Kazaklar Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarıdır. Bu istiqamətdə bölgədə sülh istyən Azərbaycanla həmrəylik nümayiş etdirmək istəyirik".

V.Mereşkin onu da vurğulayıb ki, Ukrayna kazakları Azərbaycana səfər etmək istəyirlər: "Digər şəhər və ölkələrdə yaşayan kazaklar da Bakıya gəlmək niyyətindədirlər. Maliyyə imkanlarımız düzələndən sonra onları Bakıya dəvət edəcəyik".

General onu da bildirib ki, Azərbaycanda kazakalara böyük hörmət var. Lənkəranda kazak atamanın qəbri 210 ildir ki, qorunur.

Xəbər lenti

Xəbər lenti