...

Xarici işlər naziri: Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinin yandırılmasına dair 7 səhifəlik arayış hazırlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2006 20:47 (UTC +04:00)

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar barədə 7 səhifəlik arayış hazırlayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 14-də jurnalistlərə bildirib.

Nazir deyib ki, A.Kaspşik telefon söhbətində sənədi ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxta verdiyini, gələn həftənin əvvəlində isə Azərbaycan XİN-nə də təqdim edəcəyini bildirib.

Nazir xatırladıb ki, A.Kaspşikın səhra komandirləri işğal olunmuş ərazilərin monitorinqını keçirib, Belçika XİN rəhbərinə müraciətdən sonra isə ATƏT-in Daimi Şurasının Vyanadakı iclasında müzakirə olunub. İclasda A.Kaspşikə öz monitorinqını keçirmək taprışılıb və o, 5-7 gün ərzində Ağdam itisqamətində monitorinq aparıb.

"Deməli nə isə var. Axı boş-boşuna arayış hazırlanmır"- deyə E.Məmmədyarov vurğulayıb. O, erməni tərəfinin monitorinq zamanı heç bir yanğın faktının qeydə alınmadığı haqqında yaydığı məlumatı rədd edib.

"Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar - ekoloji fəlakətdir və bunun qarşısının alınması üçün müəyyən addımlar atmaq lazımdır" - deyə E.Məmmədyarov jurnalistlərin nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti