...

İyulun 29-da ATƏT Minsk Qrupunun Amerikalı həmsədri Ermənistana səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2006 19:21 (UTC +04:00)

İyulun 29-da ATƏT Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayza Ermənistana səfər edəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi vəzifəsini icra edən Vladimir Karapetyan bildirib.

Trend "ARKA"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, səfər çərçivəsində Ermənistan prezidenti Robert Koçaryan və xarici işlər naziri Vardan Oskanyanla görüş planlaşdırılır.

Hazırda Amerikalı həmsədrin səfər proqramı dəqiqləşdirilir.

M.Brayza iyunun 15-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədri təyin olunub. M.Brayza 2004-cü il aprelin 16-dan bu vəzifədə olan Stiven Menni əvəz edib.

Xəbər lenti

Xəbər lenti