...

ABŞ-ın Marşal İrsi İnstitutu ANAMA-nın texniki bazasını tamamlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2006 12:52 (UTC +04:00)

ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycan ərazisinin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) texniki bazasını tamamlayıb. Agentlikdən Trend ə verilən xəbərə görə, İnstitut ANAMA-ya 8 minaaxtaran it hədiyyə edib.

Onlardan 4-ü ABŞ Dövlət Departamentinin vasitəsilə ilə Marşal İrsi İnstitutu, 2-si Sloveniya hökuməti və 2-si isə Azərbaycan hökuməti və ANAMA tərəfindən maliyyələşdirilib. İtlər Bosniya və Hersoqovinada minaaxtaran itlər üçün təlim mərkəzində xüsusi kurslar keçiblər.

Yeni itlər agentliyin Goradiz rayonundakı bazalarında əməliyyatlara qoşulacaq. Bu barədə ANAMA-dan xəbər verilib.

Xəbər lenti

Xəbər lenti