...

Atatürk Mədəniyyət Mərkəzində Bakının erməni işğalçılarından azad olunmasının 88-ci ildönümü ilə bağlı dəyirmi masa keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2006 13:39 (UTC +04:00)

Bakının 1918-ci il sentyabrın 15-də türk və Azərbaycan hərbi qüvvələri tərəfindən erməni-bolşevik işğalından azad edilməsinin 88-ci ildönümü ilə bağlı Atatürk Mədəniyyət Mərkəzində sentyabrın 15-də dəyirmi masa keçiriləcək. Bu barədə Trend ə Atatürk Mədəniyyət Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, sentyabrın 15-də saat 11.00-da dəyirmi masa iştirakçıları Şəhidlər Xiyabanında qoyulan xilaskar türk əsgərinin abidəsini ziyarət edəcəklər, saat 12.00-da adıçəkilən mədəniyyət mərkəzində dəyirmi masa düzənlənəcək. Dəyirmi masada türkoloq alimlər, Milli Məclisin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edəcək.

Tədbirin təşəbbüsü Atatrük Mədəniyyət Mərkəzidir.

Xəbər lenti

Xəbər lenti